A.Rossi bu mövsüm Manor ilə Formula1-də iştirak edəcəyini düşünür

Manor komandası sürücü heyətini hələ də açıqlamayan yeganə komandadır. Komandanın maşınında yer almaq üçün Haryanto, Verlyayn, Rossi və Stivens namizəddirlər...

F-1.az xatırladır ki, Aleksandr Rossi keçən mövsüm 5 yarışda iştirak etmiş və Stivensdən daha yaxşı təsir bağışlamışdı.

Pilot bu barədə Sky Sport-a danışıb: “Demək olar ki, hər gün görüşlər olur və müzakirələr aparırıq. Bir neçə həftə sonra Barselonada maşının sükanı arxasına keçəcəyimi düşünürəm. Bu müzakirələr bəzən çox vaxt aparır. Mən buna alışmışam. Müzakirələr müsbət yöndə gedir və ümid edirəm ki, yaxın günlərdə sizə verəcəyim yaxşı xəbərlərim olacaq…”

 

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*