25 Sentyabr 2018, Çərşənbə axşamı - 21:17

A.Prost: “Vandorn Alonsonu məğlub edə bilər”

A.Prost: “Vandorn Alonsonu məğlub edə bilər”

Müəllif: Rauf Hacıyev, redaktor

14:14 - 08 Dekabr, 2017

Formula1-in ən böyük əfsanələrindən olan Alen Prost bildirib ki, Stoffel Vandorn özünü çox yaxşı təkmilləşdirir.

F-1.az xatırladır ki, belçikalı sürücü mövsümün ikinci yarısında gözəl nəticələr ala bilmişdi.

Alen Prost: “Bu il əksəriyyətin bir gözü Stoffeldə idi. Çünki o, son illər idmana gələn ən istedadlı sürücülərdəndir. McLaren mövsümə pis başladığı üçün özünü göstərə bilmədi. Bundan başqa yarışlarda Alonso ilə eyni detallardan istifadə etmirdi. Buna baxmayaraq, mövsüm ərzində Alonsoya yaxın idi və bu böyük inkişafdır. Fernando peletondakı ən güclü sürücülərdəndir və Stoffelin bu səviyyədə yarışması təsiredicidir. Gələn il daha yaxşı mühərriklə güclü ola bilər. Alonso ilə komanda yoldaşı olmaq çətindir, amma sakitliyini qoruya bildi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 184
Teqlər , ,
Paylaş

logo