20 Oktyabr 2018, Şənbə - 10:42

A.Prost: “Sayns səhvlər etdi, amma…”

A.Prost: “Sayns səhvlər etdi, amma…”

Müəllif: Rauf Hacıyev, redaktor

18:10 - 11 Yanvar, 2018

Renault komandasının məsləhətçisi Alen Prost bildirib ki, güclü sürücü heyətləri var və bu il daha güclü olacaqlar.

F-1.az xatırladır ki, fransızlar 2017-ci il mövsümünün bitməsinə 4 yarış qalmış Palmeri göndərərək əvəzinə Karlos Saynsı gətirmişdilər.

Alen Prost: “Niko çox keyfiyyətli sürücüdür. Sayns da eyni formada istedadlı və sürətlidir. İkisi də komandanı inkişaf etdirəcəklər. Karlosa güvənirdik və Renault ilə çıxdığı ilk yarışda nəyə qadir olduğunu göstərdi. Amerikada alınan gözəl nəticə buna sübutdur. Meksikada kiçik səhv etdi və pis nəticələndi. Amma ilk yarışlarında hamı səhv edə bilər. Buna görə problem görmürəm. Məhz buna görə onu mövsümün sonunda komandaya gətirdik. Səhvləri keçən il edib, bu ilə daha güclü başlamasını istədik və belə də olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 156
Teqlər , , ,
Paylaş

logo