A.Prost: “Rosberq-Həmilton mübarizəsi Senna ilə mənim mübarizəmə bənzəyir”

Alen Prost son illərdə Mercedes-də yaşanan Həmilton-Rosberq mübarizəsini özünün Senna ilə yaşadığı mübarizəyə bənzədib...

F-1.az xatırladır ki, Avstriyada yaşanan qəzadan sonra Mercedes komandası komanda əmri tətbiq etmək istəsə də, sonradan qaydaları sərtləşdirərək, bu fikirdən daşınmışdı.

Prost düşünür ki, 2016-cı il mövsümünün son yarışlarında Mercedes komanda əmrləri tətbiq edəcək: “Mövsümün bitməsinə 2-3 yarış qalanda Toto Volff komanda əmri verir. Bu qəbul edilməlidir, amma təbii ki, pis olar. Mən olsam, mən də eynisini edərdim. Komanda daxilində qabağa çıxmaq istəyən sürücülər olacaq, ancaq məncə, problem onlar arasında həll edilməlidir. Ayrton Senna ilə aramızda problemlər oldu və münasibətimiz bundan təsirləndi. Ancaq Rosberq və Həmilton öndə olduğu müddətdə komanda əmrlərinə ehtiyac yoxdur”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*