23 Oktyabr 2018, Çərşənbə axşamı - 20:20

A.Prost: “Rəykkönen artıq ikinci sürücüdür”

A.Prost: “Rəykkönen artıq ikinci sürücüdür”

Müəllif: Rauf Hacıyev, redaktor

10:36 - 23 İyun, 2016

Sabiq Formula1 sürücüsü Alen Prost düşünür ki, Kimi Rəykkönen artıq Ferrari-nin ikinci sürücüsüdür.

F-1.az xatırladır ki, Rəykkönen bu il keçənilkinə nisbətən yaxşı başlanğıc etsə də, Fetteldən 15 xal geridə qalır və hazırda turnir cədvəlində 4-cü yerdədir. Finlandiyalı sürücünün komanda ilə müqaviləsi ilin sonunda bitir və İtaliya mətbuatı xəbər verir ki, Rəykkönen birillik yeni müqaviləyə çox yaxındır.

Sabiq Formula1 sürücüsü və 4 qat Dünya Çempionu Alen Proet düşünür ki, Ferrari Rəykkönen ilə bir il də müqavilə imzalayacaq: “Hamı müsbət və mənfi şeyləri açıq formada görə bilər. Fettellə aralarında yaxşı münasibət var və bu, onun komandada qalmasına kömək edəcək.

Əslində komanda daxilində 1 nömrə və 2 nömrə var. Bu kağız üzərində deyil, amma var. Bu cür vəziyyətin olması heç də pis deyil. Onları günahkar saymıram. Tənqid etmək istəmirəm. Doğru qərar verəcəklər”.

Prost bildirib ki, Ferrari-nin başqa alternativləri ola bilər: “Sürücü bazarında Ferrari üçün əlverişli bir və ya iki sürücü var. Bəlkə bir az sürətlidirlər, amma yenə də bilmirəm. Ferrari sürücü transfer edərkən, sürücünün təzyiqə davamlı olmasını yoxlamalıdır. Bəzi sürücülər orta qrup komandalarında güclü olduqları halda, top komandalarda zəif çıxış edirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 247
Teqlər , , ,
Paylaş

logo