23 Oktyabr 2017, Bazar ertəsi - 02:37

A.Prost Renault-nun məsləhətçisi olub

A.Prost Renault-nun məsləhətçisi olub

Müəllif: Rauf Hacıyev, redaktor

22:19 - 21 Fevral, 2017

Formula1 üzrə 4 qat Dünya Çempionu Alen Prost 2017-ci ildə Renault-da məsləhətçi kimi işləyəcək.

F-1.az xatırladır ki, Prost Formula1 karyerasının ilk illərində Renault komandasında yarışıb və bir neçə il əvvəl komandaya marka təmsilçisi kimi qoşulmuşdu. Əfsanəvi sürücü artıq komandanın məsləhətçisi kimi də çıxış edəcək. “Professor” ləqəbli sabiq sürücü həm komanda rəhbəri, həm də sürücü kimi təcrübələrini komanda ilə bölüşəcək.

Bu barədə Renault Sport-un prezidenti Jerom Stoll danışıb: “Təcrübələrini komandaya qazandıracaq və sürücülərlə danışa biləcək. Bunun üçün xüsusi bir şəbəkə yaradacaq”.

Xatırladaq ki, Prost 1997-2001-ci illərdə Formula1-də öz komandasını yarışdırmışdı. Fransalı əfsanə yeni vəzifəsi barədə danışıb: “Renault-nun qısa müddətdə yaxşı nəticələr qazanması hər şeydən vacibdir. Renault ilə ilk dəfə işləmirəm, amma açıq danışsam, onu deyə bilərəm ki, bu hər gün gördüyüm iş olmayacaq. Daha çox arxa planda olacam. Bəzən bu cür halların olması vacibdir. Gələcəkdə qalib gələ bilən komanda hazırlamaq üçün ən doğru strategiya seçmək və doğru qərarlar almaq çox vacibdir”.

Prost əlavə edib ki, Barselonadakı mövsümöncəsi testləri yaxından izləyəcək: “Çox həyəcanlıyam. Bolidin və təkərin ölçüləri əvvəlki illərdəki kimidir. Bazar ertəsi Barselonaya gedəcəm və sürücülərin geri bildirimlərini dinləyəcəm. Sürətli döngələr sürücülərə fiziki cəhətdən çətin olacaq. Amma Formula1 üçün yaxşı olacaq. Ümid edirəm ki, bu dəyişikliklər yeni izləyicilər qazandırar. Ümid edirəm ki, gənclərə təsir edə bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 678
Teqlər , ,
Paylaş

logo