A.Prost: “Həmilton üstündür”

Sabiq Formula1 sürücüsü Alen Prost bildirib ki, Lyuis Həmilton yeni mövsümə üstünlüklə başlayacaq.

F-1.az xatırladır ki, britaniyalı sürücü keçən il Fettellə mübarizə aparmış və sonda rəqibini məğlub edərək, karyerasının 4-cü Dünya Çempionluğunu qazanmışdı.

Alen Prost: “Qış testlərində Lyuis bir az üstün idi. Amma mövsüm uzundur. 21 yarış var. Hər şey mümkündür və hər şey ola bilər. Digər sürücülərə də diqqət etmək lazımdır. Məsələn, Red Bull çox güclü görünür. Digər sürücülərdən biri də gözlənilmədən mübarizəyə qoşula bilər. Heç nəyi proqnozlaşdırmaq olmur”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*