A.Prost: “Ferrari düzgün hədəflər seçməlidir”

Alen Prost Ferrari-nin 2017-ci ildə daha sakit olmasını məsləhət görür.

F-1.az xatırladır ki, italyanlar 2016-cı il mövsümünə qələbə və çempionluq şüarı ilə başlasalar da, yarış qazana bilməmişdilər. Bu bəs deyilmiş kimi “qırmızılar” mövsüm ərzində Red Bull-dan da geriyə düşmüş və mövsümü üçüncü yerdə bağlamışdılar.

Berni Ekklstoun daha əvvəl verdiyi açıqlamada bildirmişdi ki, Ferrari-dəki əsas problem komandadakı italyanlardır.

Alen Prost: “Berninin sözləri bir az sərt idi. Mən bu komandada iki il çıxış etmişəm. Birinci mövsümüm əla keçsə də, ikinci bərbad idi. Ferrari-nin əsas hədəfi həmişə qazanmaq olub. Amma hazırda komandada böyük stress var. Bir az daha sakit olmalıdırlar. Mövsümün əvvəlindəki gözləntiləri doğru seçməlidirlər. Əgər çempionluq hədəfi qoyub, yarış belə qazana bilməsəniz, insanlar üstünüzə gələr. Bunlar doğru şəkildə müəyyənləşməlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*