21 Oktyabr 2017, Şənbə - 19:47

A.Prost: “Biletlər ucuzlaşmalıdır”

A.Prost: “Biletlər ucuzlaşmalıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

06:46 - 01 Fevral, 2017

Formula1-in əfsanəvi sürücülərindən olan Alen Prost bildirib ki, Liberty Media hər şeydən əvvəl biletlərin qiymətini ucuzlaşdırmalıdır.

F-1.az xatırladır ki, Berni Ekklstoun Formula1-dəki 40 illik rəhbər vəzifəsindən uzaqlaşdırılıb və onu Çeys Keri, Ross Braun və Şon Bratçes əvəz ediblər.

Xatırladaq ki, son illərdə fanlar Formula1 yarışları üçün biletlərin bahalığından gileylənirlər və bəzi ölkələrdə yarışa demək olar ki, azarkeş gəlmir.

Formula1 üzrə 4 qat Dünya Çempionu Alen Prost bildirib ki, insanların idmandan həzz alması və gözəl yarışları tribunalarda izləmələri üçün biletlərin qiyməti ucuzlaşdırılmalıdır: “Ucuz biletlər azarkeşləri daha çox cəlb edər və bu da idmanın istədiyi şeydir. Bütün sürücülər ağzına kimi dolu olan tribunaların önündə yarışmağın həzzini yaşamalıdırlar. Hazırkı dövrdə bahalı biletlərə görə tribunaları doldurmaq mümkün deyil. Əgər tribunalar boş olacaqsa, bu idmanı keçirməyin mənası yoxdur. Hamı 60-70 dövrə vurar və kubokunu götürüb evinə gedər. İdmanın ruhunda bu yoxdur. Fanlarla bütünləşmək lazımdır. Bu mövzuda Ross Braunla razıyam. 4-5 il ərzində idmanda bəzi dəyişikliklər edilərək, idmanın ruhunu geri qaytarmaq lazımdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 184
Teqlər , , , , ,
Paylaş

logo