A.Permeyn Palmerin istedadına şübhə etmir

Alan Permeynin fikrincə, Jolion Palmer qısa müddətdə istedadını nümayiş etdirə bilər.

F-1.az xəbər vermişdi ki, Palmer Renault-dan Haas-a keçən Roman Qrojanı əvəzləyəcək.

Keçən mövsümü Lotus-da test pilotu olaraq keçirən sürücünün necə çıxış edəcəyi ən çox maraq doğuran mövzulardan biridir.

Alan Permeyn: “Keçən il Jolionun əlinə bacarıqlarını göstərə bilməsi üçün fürsət keçmədi. Sərbəst yürüşlərdə iştirakı adətən yağışlı havalara təsadüf etdi və çox vaxt bəxti gətirmədi. Amma bizim üçün lazım olan hər şeyi etdi.

O, keçən mövsümdə yarışlara çıxmayıb. Qısa zaman ərzində maksimum nəticə əldə etməsi mümkün deyil. Məni səhv başa düşməyin, onun istedadına şübhəm yoxdur. Onunla kifayət qədər söhbət etmişəm və məntiqli insan olduğunu görmüşəm. Amma Formula1-də pillə-pillə irəliləyə bilirik. Vaxt keçdikcə qalib gəlir və çempion oluruq. GP2-də çox sürətli idi və Formula1-də də belə olacağına əminəm”.

Qeyd edək ki, Jolion Palmer 2011-ci ildən 2014-cü ilə qədər GP2-də mübarizə aparıb və 2014-cü ildə çempion olub. İlk dəfə Formula1 bolidinin sükanı arxasına keçməsi 2014-cü ildə Abu Dabi Qran Prisinə təsadüf edib. O, həmin yarışda sərbəst yürüşlərdə Force İndia-nı təmsil etmişdi.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*