22 Noyabr 2017, Çərşənbə - 07:36

A.Permeyn: “Kubitsa sürətini itirməyib”

A.Permeyn: “Kubitsa sürətini itirməyib”

Müəllif: Rauf Hacıyev, redaktor

14:02 - 16 İyun, 2017

Renault komandasının baş əməliyyatçısı Alan Permeyn bildirib ki, Kubitsa Valensiyada göstərdiyi performansla Formula1-ə qayıda bilər.

F-1.az xatırladır ki, polşalı sürücü 2011-ci ildə rallidə qəza etmiş və qolundan ağır yaralanmışdı. İstedadlı sürücü uzun müddət komada qaldıqdan sonra özünə gəlsə də, biləyindəki problemlərə görə Formula1 karyerasını bitirməli olmuşdu. Lakin, 32 yaşlı sürücü keçən həftə Lotus-un 2012-ci il bolidi E20 ilə Valensiyadakı Rikardo Tormo trasında test edərək 115 dövrə vurmuşdu.

Alan Permeyn: “Onun sürətinə heç vaxt şübhə etməmişəm. Amma nə olacağını bilmirdik. O da bilmirdi. Fiziki cəhətdən hazır idimi? Bolidi sürə bilərdimi? Simulyatorda sürdü, GP3 bolidi sürdü. Amma zədəsi ilə nə edəcəyini bilmirdik, ancaq hər şey qaydasında getdi. Sürətli idi. Yarış tempində getdi, sıralanma tempində getdi və hamısı çox yaxşı idi. Sürətində dəyişiklik yoxdur. Valensiyada əla iş gördü. Fiziki cəhətdən necə olduğunu özü bilir. Əgər davam etmək istəsə, öz üzərində işləməlidir. Sağ əlindəki zədəyə görə sükanda kiçik dəyişiklik etdik. Beləliklə, ötürmələri rahatlıqla keçirirdi.

Amma 2017-ci il bolidləri daha sürətlidir və sürmək də çətindir. Lakin inanmıram ki, bu hal Kubitsanın qayıtmasına mane olsun.

Düzünü deyəcəm. Mətbuat Kubitsanın üzərində təzyiq yarada bilərdi. Hamı onunla maraqlanacaqdı, çünki Roberti çox sevirlər və ona görə məyusdurlar. Buna görə də test barədə əvvəldən heç bir şey demədik.

Hələ bir söz demək üçün tezdir. Gələcək barədə heç nə planlaşdırmamışıq. Lakin, gələcəkdə nəsə edə bilərik. Bəlkə də, bizim Enstoundakı simulyatordan istifadə edə bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 14. 859
Teqlər , , , ,
Paylaş

logo