18 Dekabr 2017, Bazar ertəsi - 13:06

A.Mayni Haas-ın devoloper sürücüsü olub

A.Mayni Haas-ın devoloper sürücüsü olub

Müəllif: Elçin Zodorov, redaktor

15:06 - 11 May, 2017

Haas komandası 19 yaşlı Arcun Mayni ilə müqavilə imzalandığını elan edib. Hindistanlı sürücü Santino Ferruççi kimi komandanın devoloper sürücüsü olacaq. Arcun mövsüm ərzində Haas ilə yarışlara, testlərə gedəcək və komandanın simulyatorunda işləyəcək.

Günter Ştayner: “Komandamız inkişaf edir. Biz gələcəyi düşünürük və gənc istedadlara dəstək oluruq. Arcun kartinqdə uğurla çıxış edib, sonra bir neçə seriyanı da keçib və hazırda GP3-dədir. Biz il ərzində onun irəliləyişini diqqətlə müşahidə edəcəyik”.

Arcun Mayni: “Haas-ın gənclər proqramına qoşulmaq mənim üçün böyük şərəfdir. Mənim hədəfim həmişə Formula1-də çıxış etmək olub və indi ona daha bir addım yaxınlaşdım. Mən Formula1 komandasının necə işlədiyini və bir çox şeyi yaxından görə biləcəm. Burada öyrəndiklərimi GP3-də də istifadə etməklə öz məqsədimin reallaşmasına yaxınlaşacam”.

F-1.az bildirir ki, Arcun Mayni 1997-ci il dekabrın 10-da anadan olub. Sürücülük karyerasına 2007-ci ildə kartinqlə başlayıb. 2014-cü ildə Formula4-də, 2015-ci ildə isə Formula3-də debüt edib. Keçən il Formula3-lə yanaşı Jenzer Motorsport komandasının tərkibində GP3-də də çıxış edib və mövsümü 50 xalla 10-cu yerdə başa vurub. Arcun bu il də GP3-də eyni komandada çıxışını davam etdirəcək. Mövsümün ilk yarışına bu həftəsonu İspaniyada çıxacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 420
Teqlər , , ,
Paylaş

logo