16 Dekabr 2017, Şənbə - 19:00

A.Makniş: “Çempionluq mübarizəsi davam edir”

A.Makniş: “Çempionluq mübarizəsi davam edir”

Müəllif: Rauf Hacıyev, redaktor

06:21 - 16 Oktyabr, 2016

Sabiq Formula1 sürücüsü Alan Makniş bildirib ki, Rosberqlə Həmilton arasındakı 33 xallıq fərqə baxmayaraq, çempionluq savaşı bitməyib…

F-1.az xatırladır ki, Rosberq mövsümün bitməsinə 4 yarış qalmış Həmiltonla fərqi 33 xala çatdırıb. Bu da o deməkdir ki, Həmilton qalan yarışları birinci, Rosberq ikinci bitirsə, almaniyalı sürücü Dünya Çempionu titulunu qazanacaq. Hətta Rosberq 3 yarışda ikinci, 1 yarışda üçüncü olsa, yenə də Dünya Çempionu olacaq.

Amma Makniş hələ də mübarizənin davam etdiyini düşünür: “Əbu Dabidə damalı bayrağı görənə qədər heç nə bitməyəcək. Monakoda Rosberqdən şokedici yarış gördük. Elə bil ki, orada hər şey onun nəzarətindən çıxmışdı.

Sonrakı həftələrdə isə eyni şey Həmiltonun başına gəldi. Sinqapur onun güclü olduğu traslardan biri olsa da, yaxşı nəticə qazana bilmədi. Mercedes-in ən böyük problemi startda gecikmələridir. Həmilton pis start almaqda Rosberqi 5-3 hesabı ilə üstələyir. Mən Həmiltonun yerinə olsam, son 4 yarışda startlara fokuslanardım. Əgər bunu bacarsa, o qalib gələcək. Rosberqin yerinə olsam, yarışı qazanmağa fokuslanardım. Hazırda o bunu edir. Çempionluğa yox, yarışlara fikir verir.

Mən karyeram ərzində həmişə bunu etmişəm. Çempion ola biləcəyim halda həmişə gələcəyə baxmışam. Bu böyük oyundur və sonunda Dünya Çempionluğu var. Qalib gələn dünyanın ən yaxşı sürücüsü olacaq. Bunu kim istəməz?”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 103
Teqlər , , ,
Paylaş

logo