A.Dzanardi: “Kubitsa qayıda bilər”

Sabiq Formula1 sürücüsü Aleksandr Dzanardi inanır ki, Robert Kubitsa yenisən Formula1-ə qayıda bilər.

F-1.az xatırladır ki, polşalı sürücü 2011-ci ildə ralli yarışı zamanı qəza etmiş və qolundan ciddi xəsarət almışdı. Bundan sonra biləyini yaxşı işlədə bilməyən Kubitsa bəxtini WRC-də sınamağa qərar vermişdi.

Lakin Renault komandası həftənin ikinci günü 32 yaşlı sürücüyə Lotus-un 2012-ci il bolidi E20 ilə test etmək imkanı verib. Polşalı sürücü bu testdə 115 dövrə vurub. Bundan sonra Kubitsanın qayıdacağı ilə bağlı şayiələr artıb.

Aleksandr Dzanardi: “100-dən çox dövrə atdığını oxudum və heç bir problem yaranmayıb. Buna görə də qayıda bilər. Məncə, Renault ona əbəs yerə test imkanı verməyib və burada fərqli məqsəd ola bilər. Ümid edirəm ki, qayıdar. Çox yaxşı insandır. Əla hekayə olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*