24 Oktyabr 2017, Çərşənbə axşamı - 15:08

A.Covinatsi: “Yarışlara hazır olmalıyam”

A.Covinatsi: “Yarışlara hazır olmalıyam”

Müəllif: Rauf Hacıyev, redaktor

06:07 - 31 Yanvar, 2017

Keçən il GP2-də göstərdiyi mükəmməl performansdan sonra Ferrari-nin üçüncü sürücüsü olan Antonio Covinatsi bildirib ki, hər an yarışmağa hazır olmaq üçün öz üzərində işləyəcək.

F-1.az xatırladır ki, daha əvvəl Jan Alezi tərəfindən təriflənəm italiyalı sürücü GP2-dəki performansı ilə çox adamı özünə heyran qoysa da, son yarışda Pyer Qaslinin çempion olmasına mane ola bilməmişdi.

23 yaşlı sürücü bildirib ki, 2017-ci ildə əlinə fürsət düşdüyü halda yarışmağa hazır olmaq üçün öz üzərində işləyir: “Hazırkı vəziyyətdə Ferrari-dəki uyğunlaşma müddətini tamamlamış sayılmaram. Bu cür böyük komandada çıxış etdiyim üçün şanslıyam. Komandada iki güclü sürücü var və onlardan nəsə öyrənmək üçün əlimdən gələni edəcəm. Hazırda üçüncü sürücü olduğum üçün sadəcə simulyatorda işləməyə davam edəcəm. Öyrənməli olduğum çox şey var. Bunlar üçün çox işləməli və var qüvvəmi verməliyəm. Çünki yarışmaq fürsətim olsa, buna hazır olmalıyam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 880
Teqlər , , ,
Paylaş

logo