18 Noyabr 2018, Bazar - 01:34

A.Covinatsi uşaqlıq xəyalını reallaşdırıb

A.Covinatsi uşaqlıq xəyalını reallaşdırıb

Müəllif: Rauf Hacıyev, redaktor

10:14 - 19 Aprel, 2017

Ferrari komandasının ehtiyat sürücüsü Antonio Covinatsi Bəhreyndə keçirilən mövsümiçi testlərdə Ferrari SF70H-ın sükanı arxasına əyləşib və uşaqlıq xəyallarının reallaşdığını deyib.

F-1.az xatırladır ki, italiyalı sürücü keçən il GP2 seriyasında ikinci olduqdan sonra Ferrari komandasına transfer olunmuşdu. Daha sonra 23 yaşlı sürücü fevral ayında Ferrari-nin 2015-ci il bolidi olan SF15-T-ni idarə edərək ilk dəfə Formula1 həyəcanını yaşamışdı. Amma Covinatsinin növbəti dəfə bəxti gətirib və Sauber komandası Çempionlar Yarışında zədələnmiş Verlyaynın əvəzinə sonuncu GP2 seriyasının vitse çempionunu mövsümün ilk iki QP-də yarışdırıb.

Covinatsi bu dəfə isə Bəhreyn testlərində Ferrari SF70H-ın sükanı arxasına keçib və 93 dövrə ataraq, 3 qat Dünya Çempionu Lyuis Həmiltondan sonra 2-ci yeri tutub. “Şahə qalxan atlar” gənc sürücünün bu performansından çox razı qalıblar.

Antonio Covinatsi: “Bolidlə vurduğum hər dövrədən çox razıyam. Ferrari mühəndisləri və mexanikləri ilə işləmək, yarış qazanmış və çempionatın lideri olan bolidi sürmək mənim uşaqlıq xəyalım idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 431
Teqlər , ,
Paylaş

logo