21 Yanvar 2018, Bazar - 16:22

A.Covinatsi təslim olmayacaq

A.Covinatsi təslim olmayacaq

Müəllif: Rauf Hacıyev, redaktor

13:15 - 17 Dekabr, 2017

Ferrari komandasının ehtiyat sürücüsü Antonio Covinatsi bildirib ki, Sauber komandası onu transfer etməsə də, təslim olmayacaq.

F-1.az xatırladır ki, Sauber komandası gələn il Lekler və Eriksson ilə yarışacaq. Qeyd edək ki, Covinatsi də İsveçrə təmsilçisində yarışmaq üçün namizəd sayılsa da, Sauber komandası daha güclü sponsorları olan Erikssona üstünlük verib.

Antonio Covinatsi: “Sauber fərqli seçim etsə də, təslim olmayacam. Keçən il də mövsümə üçüncü sürücü kimi başlasam da, mövsümün ilk iki yarışında iştirak etdim. Maksimum həddə çalışacam və Ferrari-ni dəstəklətəyəcəm. Görək nə olur.

Mövsümün əvvəlində gözlənilmədən Sauber-lə yarışlara çıxdım. Maranelloda Ferrari sürücülərinə kömək etmək üçün simulyatorda işlədim. Sauber, Ferrari və Haas komandaları ilə testlərə çıxdım. İndi daha təcrübəli və fərqli sürücüyəm. Formula1-də olmaq istəmədiyimi desəm, yalan olar. Bunun üçün hər şeyimi verəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 45
Teqlər , , ,
Paylaş

logo