A.Covinatsi Çində də Verlyaynı əvəz edəcək

Sauber komandası təsdiq edib ki, Antonio Covinatsi Melburnda olduğu kimi, Şanxayda da Paskal Verlyaynı əvəzləyəcək. Alman sürücünün isə Bəhreyndə və ya Soçidə Qran Priyə tam hazır olması gözlənilir.

F-1.az xatırladır ki, yanvarın sonunda baş tutan Çempionlar Yarışında keçirdiyi qəzada zədələnən Paskal Verlyayn yarışa hazır olmadığından, Avstraliyada şənbə günündən etibarən C36-nın sükanı arxasına Ferrari-nin ehtiyat sürücüsü Antonio Covinatsi keçmişdi. Gənc italyan ilk yarışını 12-ci yerdə başa vurmuşdu.

Paskal Verlyayn: “İndi mənim üçün əsas olan intensiv məşq etmək və mümkün qədər tez lazımi formanı əldə etməkdir. Ümid edirik ki, Sauber-in tərkibində ilk yarışıma Bəhreyndə çıxacam. Əgər alınmasa, Rusiyada yarışa tam hazır olmaq üçün məşq edəcəm”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*