A.Covinatsi: “Çin yarışını unutmaq istəyirəm”

Sauber komandasının sürücüsü Antonio Covinatsi bildirib ki, Çin yarışındakı qəzadan sonra bütün komandadan üzr istəyib.

F-1.az xatırladır ki, italiyalı sürücü Çində sıralanma turunda da eyni yerdə qəza etmiş və ikinci sessiyaya çıxsa da, dövrələr ata bilməmişdi.

Amma səhvlərindən dərs çıxarmayan Covinatsi Çin yarışının 4-cü dövrəsində eyni yerdə qəza edərək mübarizəni vaxtından əvvəl dayandırmalı olub.

Antonio Covinatsi: “Sözün açığı, mənim üçün gözəl həftəsonu deyildi. Əvvəlcə sıralanma turunda qəza etdim və yarışda Soft təkərlərə keçdikdən sonra sürüşərək baryerlərə çırpıldım.Pitdən çıxandan sonra bilirdim ki, start-finiş düzlüyündə yaş hissələr var. Diqqətli olmağa çalışdığım halda, bolidin idarəetməsini itirdim və qəza edərək mübarizəni dayandırmalı oldum.

Komandadakı bütün işçilərdən üzr istəyirəm. Sıralanma turunda da qəza etdim və onlar bolidi yenidən hazırlamaq üçün çox işləməli oldular, amma mən yenə qəza etdim, Ümid edirəm ki, növbəti yarışda da iştirak edib yaxşı nəticə alaram.

Sözün düzü, yarışa quru hava təkərləri ilə başlamaq istəyirdim, amma riskli idi və buna görə də keçid təkərlərini götürdüm. Amma virtual təhlükəsizlik avtomobili zamanı trasın qurumağa başladığını gördüm və quru təkərlərinə keçməyə qərar verdim. Bəlkə də bir az tez idi, amma öndəki Sebastyan Fettel də eyni addımı atmışdı. Melburndakı nəticə bundan yaxşı idi. Oradakı performansımı təkrar edə bilsəm, qarşıma çoxlu fürsətlər çıxacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*