A.Covinatsi: “Çatışmayan tərəflərimi təkmilləşdirməliyəm”

Formula1 karyerasında ilk yarışında 12-ci yeri tutan Antonio Covinatsi bildirib ki, performansından razı qalıb.

F-1.az xatırladır ki, Verlyaynın fiziki cəhətdən özünü yarış hazır hiss etməməsindən sonra Sauber komandası ilə yarışa çıxan italiyalı sürücü mükəmməl təsir bağışlayıb və yarışı 12-ci yerdə bitirib.

Antonio Covinatsi: “Yarış performansımdan razı qaldım. Mənim vəzifəm bacardıqca çox məsafə qət etmək idi. Bunu da etdim. İndi isə mühəndislərlə çatışmazlıqlarım barədə danışacam. Mənə bu şansı verdikləri üçün Ferrari və Sauber-ə təşəkkür edəcəm. Mənim üçün əla təcrübə oldu”.

Sauber komandasının rəhbəri Monişa Kaltenborn bildirib ki, Paskal Verlyayn Çinə qədər hazır olmasa, Antonio Covinatsi yarışacaq: “Antonio bu gün çox effektiv çıxış edərək potensialını göstərdi. Onunla işlədiyimiz üçün çox sevincliyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*