19 Sentyabr 2017, Çərşənbə axşamı - 15:44

S.Peres: “Komanda Estebanla söhbət etməlidir”

S.Peres: “Komanda Estebanla söhbət etməlidir”

Müəllif: Elçin Zodorov, redaktor

09:12 - 26 İyun, 2017

F-1.az xatırladır ki, dünənki yarışda Force İndia sürücüləri podium uğrunda mübarizə aparıblar, lakin Esteban Okonla Serxio Peresin toqquşması onların bu şansını əlindən alıb. Peres yarışdan sonra komanda rəhbərliyindən Estebanla danışmağı xahiş edib.

Serxio Peres: “Bu yarışda qələbə uğrunda mübarizə aparmaq şansımız var idi. Komandama rəğbətim var – öz işini əla yerinə yetirdi. Biz maksimum çalışdıq, amma sonda hər şey pozuldu. Qəzadan qaçmaq üçün heç nə edə bilmədim. Mən yerimi dəyişməyə çalışdım, lakin buna yer yox idi. Nəticədə hər ikimiz yaxşı yer tutmaq şansımızı itirdik, mənim üçün də yarış əslində elə orda başa çatdı. Podiuma da Williams-ın sürücüsü çıxdı. Hesab edirəm ki, rəhbərlik mühüm qərar qəbul etməlidir, axı komanda yoldaşım bu gün yaxşı davranış nümayiş etdirmədi. Nəticədə biz komanda üçün çalışırıq və bu gün çox gözəl nəticələr əldən verildi. Bizim əvvəlcədən müəyyən olunmuş dəqiq qaydalarımız var: Öz aramızda mübarizə apara bilərik, amma qəza etmək olmaz. Niko Hülkenberqlə də belə idi – biz həmişə mübarizə aparırdıq, amma bir-birimiz üçün yer də qoyurduq. Bizdə belə hallar heç vaxt baş vermirdi.

Məncə, komanda Estebanla danışmalıdır. Biz hamımız Force İndia-nın əməkdaşlarıyıq. Yarışda düzgün hərəkət etmədi. Okon barədə çox aqressiv danışmaq istəmirəm, amma bu gün çox şeyi əldən verdik. Möhtəşəm yarış və qüsursuz həftəsonu idi. Düzdür, bir az bəxtimiz də gətirmədi. Biz podium əldə edə bilərdik, amma baş verən hadisələr buna mane olur. Avtoidmanda belə şeylər olur…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 17. 737
Teqlər , , , ,
Paylaş

logo