16 Dekabr 2017, Şənbə - 01:39

8 maşında güc qurğusunun elementləri dəyişdirilib

8 maşında güc qurğusunun elementləri dəyişdirilib

Müəllif: Elçin Zodorov, redaktor

06:15 - 29 İyul, 2017

FİA birinci sərbəst yürüşlərdən əvvəl 8 maşının güc qurğusunda dəyişikliklər edildiyini təsdiqləyib.

F-1.az xəbər verir ki, edilən dəyişikliklər icazə verilən limitlər daxilində olduğundan, heç bir sürücü cərimələnməyib. Dəyişikliklər aşağıdakılardan ibarətdir:

Force İndia və Williams sürücüləri üçüncü daxili yanma mühərriyi (İCE), turbin (TC) və MGU-H generatoruna;

Sebastyan Fettel üçüncü MGU-K generatoru və rekuperasiya sisteminin akkumulyatoruna (ES);

Kimi Rəykkönen MGU-K generatoru, rekuperasiya sisteminin akkumulyatoru (ES) və elektron idarəetmə blokuna (CE);

Paskal Verlyayn dördüncü turbinə (TC) və MGU-H generatoruna;

Markus Eriksson üçüncü rekuperasiya sisteminin akkumulyatoru (ES) və elektron idarəetmə blokuna (CE) keçiblər.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 091
Teqlər , , ,
Paylaş

logo