19 Noyabr 2017, Bazar - 19:47

24 saatlıq Le Man marafonunun startını Çeyz Keri verəcək

24 saatlıq Le Man marafonunun startını Çeyz Keri verəcək

Müəllif: Rauf Hacıyev, redaktor

10:03 - 17 İyun, 2017

Bu gün başlayacaq 24 saatlıq Le Man Marafonunun startını Formula1-in rəhbəri Çeyz Keri verəcək.

F-1.az xatırladır ki, Çeyz Keri bildirmişdi ki, təqvimi təyin edərkə digər seriyalarla məsləhətləşəcək. Bundan sonra Le Man yarışının təşkilatçıları Çeyzə bu cür jest ediblər.

Pyer Fillon: “Çeyz Kerinin builki start təklifini o dəqiqə qəbul etməsinə görə çox sevindim. Yarışı yan-yana başladaraq, WEC və Formula1 arasındakı yeni münasibəti göstərəcəyik. FİA-nın prezidenti Jan Totd da yanımızda olacaq. Çeyz Keri ilə təqvimləri bir yerdə təyin edərək, azarkeşlərin həm Formula1-də, həm də Dünya Dözümlülük Çempionatında bütün yarışları izləməsini təmin edəcəyik”.

Xatırladaq ki, keçmişdə Fernando Alonso, Bred Pitt, Stiv Məkkuin və Luka di Montedzemolo kimi tanınmış şəxslər Le Man yarışının startını veriblər..


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 633
Teqlər , , , , , ,
Paylaş

logo