24 Sentyabr 2017, Bazar - 21:39

2018-ci ilin təqviminin ilkin versiyası açıqlanıb!

2018-ci ilin təqviminin ilkin versiyası açıqlanıb!

Müəllif: Elçin Zodorov, redaktor

20:09 - 19 İyun, 2017

FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası növbəti mövsüm üçün ilkin təqvimi təsdiqləyib. Çempionatın yeni sahibləri bu addımı xeyli tez atıblar – promouterlər reklam kompaniyalarına vaxtından əvvəl başlaya bilərlər.

F-1.az bildirir ki, açıqlanan təqvimdə bu illə müqayisədə olduqca maraqlı dəyişikliklər var. Bu il olduğu kimi, 2018-ci ildə də mövsümün ilk yarışı mart ayının sonuncu bazar günü keçiriləcək. Dördüncü yarış isə Soçidə yox, Bakıda baş tutacaq.

Təqvimə qayıdan Fransa yarışı Kanada Qran Prisindən sonra baş tutacaq. Rusiya Qran Prisi isə əvvəl olduğu kimi, payızda keçiriləcək. Yazda keçirilməməsinin səbəbi ölkədə təşkil olunacaq futbol üzrə Dünya Çempionatına hazırlıqdır.

Təqvimdə 21 mərhələ var – Malayziya bu il sonuncu dəfə yarışı qəbul edir, Fransa və Almaniya isə təqvimə qayıdır.

TarixQran PriŞəhər, tras
23-25 martAvstraliyaMelburn, Albert Park
6-8 aprelÇin (*)Şanxay
13-15 aprelBəhreynSaxir
27-29 aprelAzərbaycanBakı, Bakı Şəhər Halqası
11-13 mayİspaniyaBarselona, Katalunya
24-27 mayMonakoMonte Karlo
8-10 iyunKanadaMonreal, Jil Vilnöv adına tras
22-24 iyunFransaLa Kastelle, Pol Rikar
29 iyun-1 iyulAvstriyaŞpilberq, Red Bull Rinq
6-8 iyulBöyük BritaniyaSilverstoun
20-22 iyulAlmaniyaHokkenhaym, Hokkenhaymrinq
27-29 iyulMacarıstanBudapeşt, Hunqarorinq
24-26 avqustBelçikaSpa
31 avqust-2 sentyabrİtaliyaMontsa
14-16 sentyabrSinqapur (*)Sinqapur, Marina Bey
28-30 sentyabrRusiyaSoçi
5-7 oktyabrYaponiyaSuzuka
19-21 oktyabrABŞOstin
26-28 oktyabrMeksikaMexiko, Rodriges qardaşları adına tras
9-11 noyabrBraziliyaSan Paulu, İnterlaqos
23-25 noyabrƏbu DabiƏbu Dabi, Yas Marina

* – hələ təsdiq olunmayıb


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 531
Teqlər , , ,
Paylaş

logo