2018-ci il mövsümünün təqvimi təsdiq olunub

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoİdman üzrə Ümumdünya Şurasının bu il üçün planlaşdırılmış son iclasında Formula1 də daxil olmaqla, bir çox seriyanın növbəti mövsüm üçün təqvim və reqlamentində təklif olunan dəyişikliklər qəbul edilərək təsdiqlənib.

F-1.az bildirir ki, F1-in reqlamentindəki dəyişikliklər Təhlükəsizlik Maşınının arxasında start və restart prosedurlarını, əlavə tədbirlərin keçirilməsi zamanı həftəsonunda sessiyaların başlanmasında güzəştləri, əvvəlki mövsümün maşınlarından istifadə etməklə nümayiş yürüşlərinin keçirilməsini (indi belə maşınlarda illik qət edilən məsafə 50 km-i aşa bilməz) əhatə edir.

Güman edildiyi kimi, gələn mövsümdən yanacağa yağın əlavə edilməsinə və bu yağın xarakteristikasına ciddi nəazrət tətbiq ediləcək. Məsrəflərin azaldılması üçün enerji toplayıcısının minimal çəkisi və ölçüləri də məhdudlaşdırılıb.

Əgər sürücü startda 15 və ya daha çox yer itirmək cəzası alarsa, yarışa son yerdən başlayacaq. Daha çox sürücü eyni cəzanı alarsa, o zaman cəzaların verilmə vaxtı əsas götürüləcək.

Avtoİdman üzrə Ümumdünya Şurası çempionatın sahibi Liberty Media şirkətinə Braziliya Qran Prisi günlərində ictimai təhlükəsizlik normalarına əməl olunmasına xüsusi diqqət göstərməsini tövsiyə edib.

Tarix Qran Pri Şəhər, tras
23-25 mart Avstraliya Melburn, Albert Park
6-8 aprel Bəhreyn Saxir
13-15 aprel Çin Şanxay
27-29 aprel Azərbaycan Bakı, Bakı Şəhər Halqası
11-13 may İspaniya Barselona, Katalunya
24-27 may Monako Monte Karlo
8-10 iyun Kanada Monreal, Jil Vilnöv adına tras
22-24 iyun Fransa Le Kastelle, Pol Rikar
29 iyun-1 iyul Abstriya Şpilberq, Red Bull Rinq
6-8 iyul Böyük Britaniya Silverstoun
20-22 iyul Almaniya Hokkenhaym
27-29 iyul Macarıstan Budapeşt, Hunqarorinq
24-26 avqust Belçika Spa
31 avqust-2 sentyabr İtaliya Montsa
14-16 sentyabr Sinqapur Sinqapur, Marina Bey
28-30 sentyabr Rusiya Soçi
5-7 oktyabr Yaponiya Suzuka
19-21 oktyabr ABŞ Ostin *
26-28 oktyabr Meksika Mexiko, Rodriges qardaşları adına tras
9-11 noyabr Braziliya San Paulu, İnterlaqos
24-26 noyabr Əbu Dabi Əbu Dabi, Yas Marina

* Mərhələ təşkilatçı tərəfindən təsdiqlənərək əlavə olunacaq

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*