20 Oktyabr 2017, Cümə - 20:02

2017-ci ildə nələr baş verə bilər?

2017-ci ildə nələr baş verə bilər?

Müəllif: Elçin Zodorov, redaktor

11:33 - 21 Mart, 2017

Yeni mövsüm bu həftəsonu Melburnda başlayır. F-1.az bu il əldə edilə biləcək yeni rekordları və əlamətdar hadisələri təqdim edir.

Mixael Şumaxer təkcə ən çox qələbə (91) qazanan yox, həm də ən çox poul (68) əldə edən sürücüdür. Aktivində 61 poul olan Lyuis Həmilton bu mövsüm onu keçə bilər. Britaniyalının bunun üçün 20 cəhdi olacaq.

Sebastyan Fettel ən gənc poul qazanmış sürücüdür. Lakin Maks Ferstappen bu ünvanı onun əlindən ala bilər. Hollandiyalının bunun üçün 2018-ci ilin dekabr ayına qədər vaxtı var.

Niko Hülkenberq bu mövsüm özünəməxsus rekord müəyyənləşdirə bilər – podiuma yüksəlmədən ən çox yarışa çıxmaq. Bu sahədə hazırda lider Adrian Sutildir – 128. Hülkenberq isə 115 yarışa çıxıb və onu qabaqlayan digər sürücü 118 yarışla Pyerluici Martinidir.

Maraqlı fakt: Lyuis Həmilton Bakı Şəhər Halqası istisna olmaqla, təqvimdəki bütün traslarda qələbə qazanıb. İyun ayının sonunda Lyuisin bu boşluğu aradan qaldırmaq üçün imkanı olacaq.

Valtteri Bottas hansısa yarışda finiş xəttini birinci keçəcəyi halda ən böyük maşın nömrəsi ilə (77) qalib gələn sürücü olacaq. Yeri gəlmişkən, obyektivlik üçün 94 nömrəli maşınla yarışan Paskal Verlyaynı da hesabdan silməməliyik.

Lyuis Həmilton Belçikada 200-cü yarışına çıxacaq. Sebastyan Fettel isə 200-cü, Valtteri Bottas isə 100-cü startı üçün gələn mövsümün ilk yarışlarını gözləməlidirlər.

Ləns Stroll 1997-ci ilin dünya çempionu Jak Vilnövün 2006-cı ildə karyerasını bitirməsindən sonra start alacaq ilk kanadalı sürücü olacaq.

Əbu Dabi Qran Prisi Formula1 tarixinin 976-cı yarışı olacaq – 1000-ci yarışa az qalıb!


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 280
Teqlər , , , , , ,
Paylaş

logo