17 Dekabr 2017, Bazar - 10:00

2017-ci il mövsümünün yekunu: Sürücülərin cərimə balları və rəsmi xəbərdarlıqları

2017-ci il mövsümünün yekunu: Sürücülərin cərimə balları və rəsmi xəbərdarlıqları

Müəllif: Elçin Zodorov, redaktor

10:12 - 30 Noyabr, 2017

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az bildirir ki, Yas Marinada baş tutmuş mövsümün son yarışında cərimə balı alan yeganə sürücü Niko Hülkenberq olub, lakin o, risk zonasından xeyli uzaqdadır. Növbəti yarışa 4 ay var və bu müddətdə balı silinəcək yeganə sürücü Colion Palmerdir. Lakin nəzərə alsaq ki, mövsümün sonuna qədər yarışa bilməyən fransızın gələn il üçün hansısa komanda ilə müqavilə bağlayacağı heç inandırıcı görünmür, bunun elə də əhəmiyyəti yoxdur…

YerNSürücüBal1-ci cərimə2-ci cərimə3-cü cərimə4-cü cərimə
126Daniil Kvyat72 (Kanada, 2017)2 (Avstriya, 2017)2 (Britaniya, 2017)1 (Macarıstan, 2017)
220Kevin Maqnussen61 (Rusiya, 2017)2 (Kanada, 2017)2 (Macarıstan, 2017)1 (ABŞ, 2017)
38Roman Qrojan63 (Çin, 2017)1 (Meksika, 2017)2 (Braziliya, 2017)
427Niko Hülkenberq54 (Çin, 2017)1 (Əbu Dabi, 2017)
52Stoffel Vandorn51 (Rusiya, 2017)2 (İspaniya, 2017)2 (Avstriya, 2017)
630Colion Palmer43 (Çin, 2017)1 (İtaliya, 2017)
755Karlos Sayns42 (Bəhreyn, 2017)2 (Kanada, 2017)
819Felipe Massa33 (Belçika, 2017)
911Serxio Peres32 (Monako, 2017)1 (Belçika, 2017)
1033Maks Ferstappen32 (Macarıstan, 2017)1 (ABŞ, 2017)
117Kimi Rəykkönen33 (Belçika, 2017)
125Sebastyan Fettel33 (Azərbaycan, 2017)
139Markus Eriksson22 (ABŞ, 2017)
1420Censon Batton22 (Monako, 2017)
1594Paskal Verlyayn22 (İspaniya, 2017)
1644Lyuis Həmilton22 (Bəhreyn, 2017)
1714Fernando Alonso22 (Yaponiya, 2017)
1818Ləns Stroll11 (ABŞ, 2017)

 

Mövsüm ərzində heç bir sürücü 3 rəsmi xəbərdarlıq almadığından, buna görə cəzalandırılmayıb. Cərimə ballarından fərqli olaraq, rəsmi xəbərdarlıqlar növbəti mövsümə keçmir…

YerNSürücüTras üzərindəTrasdan kənardaÜmumi
15Sebastyan Fettel112
211Serxio Peres112
33Daniel Rikkardo11
455Karlos Sayns11
518Ləns Stroll11
614Fernando Alonso11

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 44
Teqlər ,
Paylaş

logo