24 Oktyabr 2017, Çərşənbə axşamı - 04:34

2017-ci il mövsümünün təqvimi təsdiq olunub – Yarışımızın adı və tarixi dəyişdirilib!

2017-ci il mövsümünün təqvimi təsdiq olunub – Yarışımızın adı və tarixi dəyişdirilib!

Müəllif: Elçin Zodorov, redaktor

23:10 - 30 Noyabr, 2016

Bu gün Vyanada Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoİdman üzrə Ümumdünya Şurasının növbəti iclası baş tutub. İclasda gələnilki mövsümün təqvimi təsdiq olunub.

Təqvimin açıqlanmasını səbirsizliklə gözləyən ölkələrdən biri də biz idik, çünki builki yarış 24 saatlıq Le Man marafonu ilə eyni həftəsonunda baş tutmuşdu və bu hal azarkeş sayına təsir göstərmişdi. Növbəti mövsümün ilkin təqvimində də milli yarışımızın 18 iyunda baş tutacağı bildirilmişdi – bu da yenə Le Mandakı yarışla üst-üstə düşmək demək idi.

F-1.az bildirir ki, bu gün təsdiqlənən təqvim ölkəmiz üçün qənaətbəxş sayıla bilər. Bakıdakı yarış ilkin təqvimdə açıqlanan vaxtdan bir həftə sonra – 25 iyunda baş tutacaq. Buna təsir edən amillərdən biri də Almaniya Qran Prisinin təqvimdən çıxarılması olub.

Daha bir əlamətdar hadisə isə yarışımızın adının dəyişdirilməsidir. Debüt ilində Avropa Qran Prisi adlandırılan yarış gələn ildən Azərbaycan Qran Prisi kim tanınacaq.

Mövsüm 20 yarışdan ibarət olacaq və 26 martda Avstraliyada başlayıb, 26 noyabrda Əbu Dabidə başa çatacaq.

TarixQran PriŞəhər, tras
24-26 martAvstraliyaMelburn, Albert Park
7-9 aprelÇinŞanxay
14-16 aprelBəhreynSaxir
28-30 aprelRusiyaSoçi
12-14 mayİspaniyaBarselona, Katalunya
25-28 mayMonakoMonte Karlo
9-11 iyunKanadaMonreal, Jil Vilnöv adına tras
23-25 iyunAzərbaycanBakı, Bakı Şəhər Halqası
7-9 iyulAvstriyaŞpilberq, Red Bull Rinq
14-16 iyulBöyük BritaniyaSilverstoun
28-30 iyulMacarıstanBudapeşt, Hunqarorinq
25-27 avqustBelçikaSpa
1-3 sentyabrİtaliyaMontsa
15-17 sentyabrSinqapurSinqapur, Marina Bey
29 sentyabr-1 oktyabrMalayziyaKuala Lumpur, Sepanq
6-8 oktyabrYaponiyaSuzuka
20-22 oktyabrABŞOstin
27-29 oktyabrMeksikaMexiko, Rodriges qardaşları adına tras
10-12 noyabrBraziliyaSan Paulu, İnterlaqos
24-26 noyabrƏbu DabiƏbu Dabi, Yas Marina

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 864
Teqlər , , , , , ,
Paylaş

logo