16 Dekabr 2017, Şənbə - 07:10

2017-ci il mövsümünün ilkin təqvimi təsdiq olunub

2017-ci il mövsümünün ilkin təqvimi təsdiq olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:57 - 28 Sentyabr, 2016

Bu gün Parisdə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoİdman üzrə Ümumdünya Şurasının növbəti iclası baş tutub. İclasda gələnilki mövsümün təqviminin ilkin variantı təsdiq olunub. Bu il olduğu kimi gələn il də təqvimdə 21 Qran Pri yer alıb, amma Kanada, Almaniya və Braziliya yarışlarının keçirilməsi hələ təsdiq olunmalıdır.

Sentyabrın əvvəlində irəli sürülmüş versiya ilə bu gün təsdiq olunmuş versiya arasında bəzi dəyişikliklər var. Çin Qran Prisi mövsümün ilk yarışından 1 həftə deyil, 2 həftə sonra keçiriləcək. Malayziya və Sinqapur Qran Priləri də yerlərini dəyişiblər. Meksika Qran Prisi isə bu dəfə Braziliya Qran Prisi ilə qoşalaşıb.

Təəssüf ki, Bakıda keçiriləcək Avropa Qran Prisi yenə də Kanada Qran Prisindən cəmi bir həftə sonraya nəzərdə tutulub və həmin gün yenə də Avropada Le Manın əfsanəvi 24 saatlıq marafonu keçiriləcək.

F-1.az xatırladır ki, yeni mövsümün təqviminin son versiyası dekabrın ortalarında təsdiq olunacaq…

TarixQran PriŞəhər, tras
24-26 martAvstraliyaMelburn, Albert Park
7-9 aprelÇinŞanxay
14-16 aprelBəhreynSaxir
28-30 aprelRusiyaSoçi
12-14 mayİspaniyaBarselona, Katalunya
25-28 mayMonakoMonte Karlo
9-11 iyunKanada (*)Monreal, Jil Vilnöv adına tras
16-18 iyunAvropaBakı, Bakı Şəhər Halqası
30 iyun-2 iyulAvstriyaŞpilberq, Red Bull Rinq
7-9 iyulBöyük BritaniyaSilverstoun
21-23 iyulMacarıstanBudapeşt, Hunqarorinq
28-30 iyulAlmaniya (*)Hokkenhaym, Hokkenhaymrinq
25-27 avqustBelçikaSpa
1-3 sentyabrİtaliyaMontsa
15-17 sentyabrMalayziyaKuala Lumpur, Sepanq
29 sentyabr-1 oktyabrSinqapurSinqapur, Marina Bey
6-8 oktyabrYaponiyaSuzuka
20-22 oktyabrABŞOstin
3-5 noyabrMeksikaMexiko, Rodriges qardaşları adına tras
10-12 noyabrBraziliya (*)San Paulu, İnterlaqos
24-26 noyabrƏbu DabiƏbu Dabi, Yas Marina

* – hələ təsdiq olunmayıb


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 957
Teqlər , ,
Paylaş

logo