19 Noyabr 2018, Bazar ertəsi - 05:44

2017-ci il mövsümü də İdman Azərbaycan kanalında yayımlanacaq

2017-ci il mövsümü də İdman Azərbaycan kanalında yayımlanacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:12 - 30 Mart, 2017

Ölkəmizin Formula1 azarkeşləri mövsümün ilk yarışını xarici kanallardan izləsələr də, mövsümün ikinci yarışından başlayaraq yerdə qalan 19 yarış İdman Azərbaycan kanalında yayımlanacaq.

F-1.az xatırladır ki, 20 yarışın yer aldığı 68-ci dünya çempionatının təqvimində Bakıda baş tutacaq Azərbaycan Qran Prisi də var. Milli yarışımız iyunun 23-dən 25-dək doğma Bakımızın küçələrində keçiriləcək.

Kanaldan verilən məlumata görə, yarışların yayım hüququ telekanal tərəfindən alınıb və azarkeşlər bu yarışlara yenə də İdman Azərbaycan kanalında, 2010-cu ildən bu yarışların kanalda şərhçiləri Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında baxa biləcəklər.

Formula1 azarkeşlərini doğma yarışımızı doğma kanalımızda doğma dilimizdə izləməyə dəvət edirik…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 219
Teqlər ,
Paylaş

logo