10 Dekabr 2018, Bazar ertəsi - 11:15

2014-cü ildə N.Hülkenberq Red Bull-a keçəcək?

2014-cü ildə N.Hülkenberq Red Bull-a keçəcək?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:34 - 06 Yanvar, 2013

Artıq neçə ildir ekspertlər əmindirlər ki, mövsümün sonunda Mark Uebber karyerasını başa vuracaq və onu Red Bull-un gənc sürücülər proqramından […]

Artıq neçə ildir ekspertlər əmindirlər ki, mövsümün sonunda Mark Uebber karyerasını başa vuracaq və onu Red Bull-un gənc sürücülər proqramından kimsə əvəz edəcək. Hər il komanda Markla birillik müqavilə imzalayır və Almaniyanın Bild qəzeti hesab edir ki, 2013-cü il Uebber üçün ən azı Red Bull-da sonuncu il olacaq, onu əvəzləyə bilən sürücülər siyahısında isə qəzet Daniel Rikkardo və Jan Erik Vernlə yanaşı Niko Hülkenberqin də adını qeyd edib.

Deyilənlərə görə, Nikonun namizdəliyini Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko da dəstəkləyir – Marko Uebberin mövsümün ikinci yarısında çıxışından, xüsusən də sonuncu Braziliya Qran Prisindəki çıxışından çox narazı qalıb: onun fikrincə Mark son yarışda Sebastyan Fettelə deyil, titul uğrunda mübarizədə onun rəqibi Fernando Alonsoya kömək edib.

Helmut Marko: “Hamı bilir ki, biz Markdan nə istəyirik. Fettel və Uebber artıq 4 ildir ki, bir yerdə çıxış edirlər, çempionatda Sebastyan bir dəfə ikinci və üç dəfə birinci olub. BU statikstika hər şeyə nöqtə qoyur. Heç kim şübhə etmir ki, yeni mövsümdə qüvvələr nisbəti dəyişməyəcək.

Uebberin Braziliyadakı hərəkətləri birgə işə nümunə ola bilməz. Bir neçə il əvvəl biz Toro Rosso-nun heyətini müzakirə edərkən Nikonun namizədliyini müzakirə etmişdik, amma o zaman onun sponsoru Dekra şirkəti idi və Niko şirkətlə əlaqələrini kəsmək istəmədi”

Uebberin keçmiş meneceri Flavio Briatore də Braziliya Qran Prisinin finişindən sonra avstraliyalı sürücünü tənqid etmişdi: “San Pauluda Ferrari-yə yalnız bir sürücü kömək edirdi – Mark Uebber.”

Hərçənd, Marko həmişə Uebberlə müqavilənin uzadılmasının əleyhinə olub, amma avstraliyalı sürücünü komanda başçısı Kristian Horner dəstəkləyir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 281
Teqlər , , , , , , , , , , , ,
Paylaş

logo