2013-cü ildən İspaniyada bir yarış keçiriləcək

Mixael Şumaherin populyarlığı dalğasında Almaniyada iki Qran Pri keçirilirdi, sonra Fernando Alonso ikiqat dünya çempionu oldu və təqvimdə ikinci İspaniya […]

Mixael Şumaherin populyarlığı dalğasında Almaniyada iki Qran Pri keçirilirdi, sonra Fernando Alonso ikiqat dünya çempionu oldu və təqvimdə ikinci İspaniya yarışı peyda oldu, amma son illərdə Avropada olan Qran Prilərin tamaşaçılarla dolması problemi iqtisadi böhranla müşaiyət olunur – bu isə təşkilatçıların Qran Pri üçün maliyyə mənbələrinin axtarışı imkanlarını məhdudlaşdırır.

DPA agentliyinə müsahibəsində Berni Ekklstoun bildirib ki, 2013-cü ildən İspaniyada yalnız mərhələ keçiriləcək – Barselona və Valensiya yarışları, eləcə də Belçika və Fransa yarışları bir-birilərini əvəz edəcək…

Berni Ekklstoun: “Valensiya və Barselonada qərara alıblar ki, yarışları növbələsinlər – bu, ən yaxşı variantdır, indi biz tarixi müəyyənləşdirməklə məşğuluq.

Biz Valensiyaya yarışı saxlamaqda kömək etmək istəyirdik, komandaların və sponsorların bu yarışdan xoşları gəlir. Əgər yarışların nəvbələşməsi problemi həll edərsə, hamıya yaxşı olar. Mən Valensiya yarışını 2014-cü ildən sonra da təqvimdə görmək istəyirəm, bu yarışın təşkilatçılarının işi məni həmişə razı salıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*