20 Oktyabr 2017, Cümə - 19:57

18 il ərzində maşınların sürətləri dəyişməyib…

18 il ərzində maşınların sürətləri dəyişməyib…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:15 - 30 Yanvar, 2016

Formula1 turbomotorlara keçdikdn sonra bir çoxları gileylənirdilər ki, maşınlar daha yavaş olublar. Amma Auto Motor und Sport saytının jurnalsitləri müqayisəli təhlil aparıblar və son 18 ildə müəyyən traslarda bir dövrənin nəticəsinə görə qənaətə gəliblər ki, sürətlər azalmayıb…

Təhlilin sonunda məlum olub ki, 2015-ci ilin maşınları eynilə 1997-ci ildə olan maşınların sürətlərinə malidkirlər. Bu aralıqda ən böyük sürət 2004-cü ilin maşınlarında olub – həmin il çempionatın ən sürətli dövrüdür, əlbəttə, 10 silindrli 3 litrlik mühərriklər də o zaman öz sözünü deyib.

F-1.az xatırladır ki, FİA demək olar ki, hər il texniki reqlamenti dəyişir. Məqsəd isə artan sürətləri ram etmək və azaltmaqdır, amma bir müddət keçdikdən sonra sürətlər yenidən ilkin səviyyəsinə qalxır. Williams komandasının texniki direktoru Pət Simonds da bildirib ki, əgər federasiya daim məhdudiyyətlər tətbiq etməsəydi, maşınların sürətləri elə artardı ki, sürücülər artan yüklənmələr üzündən bu maşınları idarə edə bilməzdilər…

Pət Simonds: “Əgər reqlamentdə məhdudiyyətlər olmasaydı, maşınlarda isə bütün texniki “hiylələr” saxlansaydı, onda biz çox güclü motoru, aktiv asılqanı, sorucu ikiqat diffuzoru və qraun-effektli altlığı ola maşın alardıq. Bütün bunlar ona gətirib çıxarardı ki, sürücü daim 7-8 g-yə bərabər olan yüklənmə hiss edərdi, döngələrdə isə bu rəgəm 3-4 dəfə artardı. Sürətlərin daim artmasını iki faktor ləngidə bilərdi – təkərlərin xarakteristikası və insan orqanizminin imkanları. Sürücülər isə qırıcı təyyarələrin təyyarəçilərinin istifadə etdiyi kombinezon geyinməli olardılar”.

Formula1-də 1997-ci ildən 2015-ci ilədək dörd ciddi texniki reqalment dəyişikliyi olub. 1998-ci ildə maşınların eni 2 metrdən 1.8 metrə endirildi – bunun nəticəsində döngələr çox olan traslarda nəticələr bir saniyə yaxşılaşdı.

2006-cı ildə V10 mühərriklərindən V8 mühərriklərinə keçid zamanı 200 at qüvvəsinin itkisi motordan asılı olmayan traslarda özünü heç hiss etdirmədi. Hətta 2009-cu ildəki radikal dəyişiliklər də sürətləri dəyişmədi. Amma iki il əvvəl turbomotorlara keçid zamanı sürətlər hissolunacaq dərəcədə azalmışdı…

İlMelburnMonrealMonakoİnterlaqosMontsa
19971.30,5851.19,635Yağış1.19,6351.24,808
19981.31,6491.19,3791.22,9481.19,3791.25,139
20041.24,1251.13,6221.14,4391.11,4731.21,046
20051.25,6831.14,3841.15,8421.12,2681.21,504
20061.26,0451.15,8411.15,1431.12,1621.22,559
20081.27,4181.17,3871.16,6891.13,736Yağış
20091.27,7061.15,1541.13,7331.24,739
20131.29,2741.16,1821.16,5771.15,4361.25,849
20141.32,4781.18,5041.18,4791.13,5551.28,004
20151.30,9451.16,9871.18,0631.14,8321.26,672

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 277
Teqlər ,
Paylaş

logo