20 Oktyabr 2017, Cümə - 20:04

11 maşında güc qurğusunun elementləri dəyişdirilib

11 maşında güc qurğusunun elementləri dəyişdirilib

Müəllif: Elçin Zodorov, redaktor

16:12 - 07 İyul, 2017

FİA bu gün səhər 11 maşının güc qurğusunda dəyişikliklər edildiyini təsdiqləyib.

F-1.az xəbər verir ki, bütün dəyişikliklər icazə verilən limitlər daxilində olduğundan, heç bir sürücü cərimələnməyib. Dəyişikliklər aşağıdakılardan ibarətdir:

Hər iki Red Bull sürücüsü üçüncü daxili yanma mühərriyi (İCE) və turbinə (TC);

Hər iki Haas sürücüsü dördüncü turbin (TC), üçüncü daxili yanma mühərriyi (İCE), MGU-H və MGU-K generatorlarına;

Karlos Sayns üçüncü daxili yanma mühərriyi (İCE), turbin (TC) və elektron idarəetmə blokuna (CE);

Daniil Kvyat üçüncü rekuperasiya sisteminin akkumulyatoru (ES) və elektron idarəetmə blokuna (CE);

Hər iki Sauber sürücüsü üçüncü daxili yanma mühərriyi (İCE), turbin (TC), MGU-H və MGU-K generatorlarına;

Stoffel Vandorn dördüncü daxili yanma mühərriyinə (İCE);

Niko Hülkenberq üçüncü daxili yanma mühərriyi (İCE) və turbinə (TC);

Colion Palmer dördüncü MGU-H generatoru, ikinci rekuperasiya sisteminin akkumulyatoru (ES) və üçüncü elektron idarəetmə blokuna (CE) keçiblər.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 049
Teqlər , , ,
Paylaş

logo